18 Yanvar 2021 15:37
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Microsoft”un qurucusu Bill Qeyts ABŞ-ın ən böyük əkin sahəsinin sahibi olub.

Teleqraf.com xəbər verir ki, milyonçunun ümumilikdə 1 milyon kvadratmetrə yaxın əkin sahəsi var.

Qeytsin portfelində 242 min dekar (979 min kvadrat kilometr) əkinçilik ərazisi, təxminən 27 min dekar digər istifadə torpaqları var.

Qeytsin holdinqinə aid ən böyük torpaqlar Luizana və Arkansasda yerləşir. Onun Vaşinqtondakı 16 min hektarlıq ərazisinin dəyəri 171 milyon dollar civarındadır.

132 milyard dollar xalis aktivi olan Qeyts şəxsi sərvətini idarə etmək üçün qurduğu “Cascade Investment” bu torpaqların böyük bir hissəsinə birbaşa və ya dolayı yolla sahibdir. Onun əkin sahələrinə niyə bu qədər sərmayə qoyması sirr olaraq qalır. O, hazırda dünyanın ən varlı üçüncü şəxsidir.


Müəllif: Yeganə Oqtayqızı