19 Yanvar 2021 00:39
426
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ildə Azərbaycanda 34,5 milyon ton xam neft hasil edilib.

Teleqraf.com bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, ötən il ölkədə neft hasilatında azalma müşahidə olunub:

"Hasilatın azalması əsasən, OPEC+ sazişi çərçivəsində razılaşdırılan könüllü məhdudiyyətlərlə əlaqədardır. Ötən il şirkət tərəfindəmn 56 minə yaxın qazma işləri keçirilib. Şirkət özü və ya layihənin əsas iştirakçısı qismində 7,4 milyon ton neft hasil edib".

Ötən il SOCAR 17,9 milyon ton xam neft ixrac edib.

Qeyd edək ki, 2019-cu ildə SOCAR-ın neft hasilatı 7,7 milyon ton təşkil etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər