19 Yanvar 2021 16:02
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin artan tələbi, əkin sahələrində quraqlıq, hökumətlərin daxili tədarükü təmin etmək üçün ixracatı məhdudlaşdırmaq səyləri qlobal taxıl qiymətlərinin 2014-cü ildən bəri ən yüksək səviyyəyə çatmasına gətirib çıxarıb.

Teleqraf.com xəbər verir ki, pandemiya dövründə qiymət artımı qida inflyasiyası ilə bağlı narahatlıqlara səbəb olub.

Çinin kənd təsərrüfatı mallarına olan əmtəə tələbi də bu il xeyli artıb. Soya, qarğıdalı və ət məhsularında rekord idxal qeydə alınıb. Bununla yanaşı, 25 ilin ən böyük buğda alışı reallaşıb.

Təchizatın azalması ilə ölkənin qarğıdalı idxalı 11 milyon tonu keçib.

Çikaqo əmtəə birjasında soyanın mart müqaviləsinin dəyər 1,4 faiz düşərək buşə başına (quru cisimlərin həcmini ölçmək üçün istifadə olunan ölçü vahidi) 13,97 dollar təşkil edib. Mart vədəli buğda müqaviləsi isə 1,3 faiz artımla 12,7 kiloqram başına 6,84 dollara alınıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər