2020-ci ildə Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 12,26 milyard kubmetr qaz ixrac edib ki, bu da 2019-cu illə müqayisədə 17,7 faiz çoxdur.
Teleqraf.com bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.
Hesabat dövründə Azərbaycandan nəql edilən qazın 41,4 faizi Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin payına düşüb.
2020-ci ildə Azərbaycanın magistral kəmərləri ilə 29,61 milyard kubmetr qaz nəql olunub ki, bu da 2019-cu illə müqayisədə 7,6 faiz çoxdur.