22 Yanvar 2021 15:00
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkmənlərin "Sərdar", bizim isə "Kəpəz" adlandırdığımız "Dostluq" yatağını sovet dövründə Azərbaycan neftçiləri kəşf edib. Yatağın ehtiyatı 50-70 milyon ton neft həcmində qiymətləndilir”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında imzalanan Anlaşma Memorandumuna münasibət bildirərkən deyib.

O bildirib ki, belə kiçik yatağın ətrafında yaradılan süni problem də arxada qalıb: “Görünür, bu məsələdə yalnız Türkmənistan və Azərbaycan deyil, həmçinin Rusiya ilə İran da anlaşdı. Bununla da Xəzərdə mübahisəli yataq qalmadı. Bundan sonra qaldı gəlirləri bölüşdürmək”.


Müəllif: Yeganə Oqtayqızı