22 Yanvar 2021 15:43
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 21-də 56,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,29 dollar/barel azdır.

Bu barədə Teleqraf.com-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 55,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,3 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 54,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,44 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 55,76 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel azdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər