ABŞ-ın xam neft ehtiyatları keçən həftə 4 milyon 400 min barel (0,9 faiz) artaraq təxminən 486 milyon 600 min barelə qədər yüksəlib.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Enerji İnformasiya İdarəsi (EİA) açıqlayıb.
Bazarın gözləntisi ehtiyatların təxminən 300 min barel azalacağı yönündə idi.
Ticarət xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə dəyişməz olaraq 638 milyon 100 min barel səviyyəsində qalıb. Sözügedən dövrdə ABŞ-ın benzin ehtiyatları 300 min barel (0,1 faiz) azalaraq 245 milyon 200 min barelə çatıb.