Dünya birjalarında satılan qızıl və gümüşün qiymətləri açıqlanıb.
Teleqraf.com xəbər verir ki, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,86 faiz dəyər itirərək təqribən 1 855,67 dollara satılıb.
Analitiklər hesab edirlər ki, ABŞ Federal Ehtiyatlar Sistemi (FED) son iqtisadi təzyiqləri nəzərə alaraq genişlənən pul mövqeyini qoruyacaq.
Proqnozlara görə, qızıl bu həftə 1.840 dollar üzərində dəstək tapacaq. Beləliklə, əlvan metal 1 871-1 875 dollar civarına yüksələ bilər.
Gümüş isə yeni həftəyə üfüqi trendlə başlayıb. 0,3 faiz artan gümüşün bir unsiyası 25,6080 dollar civarında satılıb.
Qeyd edək ki, cümə günü 4 faiz nisbətində kəskin azalan gümüşün bir unsiyası təqribən 25.50 dollar səviyyəsində olub.