26 Yanvar 2021 00:57
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb.

Fondun İctimaiyyətlə əlaqələr departamentindən Teleqraf.com-a bildirilib ki, ötən ilin yanvar-dekabr aylarında AÇG yatağından 3 522,7 milyon ABŞ dollar gəlir əldə edilib.

Hesabat dövründə “Şahdəniz” yatağından (qaz və kondensat) satışından əldə olunan gəlir 293,9 milyon ABŞ dollar təşkil edib.

Analoji dövürdə “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 223,4 milyon ABŞ dollar olub.


Müəllif: Yeganə Oqtayqızı