1 Fevral 2021 11:18
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2020-ci ildə Türkiyənin istehsal etdiyi xam neft 22 milyon bareldən çox olub. Təbii qaz hasilatı da sürətlə davam edir. Analoji dövrdə quruda təbii qaz istehsalı 450 milyon kubmetri keçib".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Enerji və Təbii Qaynaqlar naziri Fatih Dönməz deyib.

Nazir qeyd edib ki, epidemiya zamanı Türkiyə neft hasilatında sürəti azaltmayıb:

“Xarici enerji asılılığını azaltmaq üçün atılan addımlarla xam neft istehsalı 2019-cu ilə nisbətən 1,5 milyon barel artıb. 2020-ci ildə istehsal etdiyimiz xam neft 22 milyon bareldən çox olub. 2020-ci ildə 16 milyon 613 min 159 barel neft ictimai yerlərdən çıxarıldığı halda, özəl sektor tərəfindən 5 milyon 656 min 167 barel iqtisadiyyatımıza gəlir gətirib.

Qoyduğumuz investisiyalar, kəşfiyyat və istehsala verdiyimiz əhəmiyyətlə 2020-ci ildə istehsal etdiyimiz təbii qaz 457 milyon 826 min 360 kubmetrə çatıb. Məqsədimiz neftdən təbii qaza, bərpa olunan enerjidən mədənlərimizə qədər bütün qaynaqlarımızdan maksimum dərəcədə istifadə etməkdir".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər