Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bir neçə müəssisənin səhmlərini dövlət qeydiyyatına alıb.
Teleqraf.com-un məlumatına görə, komitə “AB Standard” qapalı səhmdar cəmiyyətinin qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 100 manat olan 88 100 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1001005722 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Həmçinin “Azər-Türk Bank” açıq səhmdar cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 1 manat olan 36 552 682 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1003004426 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
“Azneftemaş” açıq səhmdar cəmiyyətinin qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 2 manat olan 20 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1001002109 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
“Dekabank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin nominal dəyəri 1100 manat olan 47970 ədəd adi sənədsiz adlı səhmlərin buraxılışı AZ1005005397 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Səhmlər “Dekabank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin qeydiyyat nömrəsi AZ1004005398 və nominal dəyəri 500 manat olan 47970 ədəd adi adlı sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək.
Komitə “AtaHoldinq” açıq səhmdar cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 2 manat olan 37 579 000 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1001004907 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alıb.
Naibə QURBANOVA