8 Fevral 2021 13:38
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Banana Republic”, “Tommy Hilfiger”, “Mergen Group” və “Calvin Klein” kimi qabaqcıl geyim firmaları Türkiyədə ofis açır.

Teleqraf.com xəbər verir ki, bunu Amerika Türk İş İnkişafı Şurasının (ATBD) rəhbəri Uğur Dərzioğlu deyib.

O bildirib ki, amerikalı qruplar pandemiyada üzlərini Türkiyəyə tərəf çeviriblər: “Bir çox idxalçı şirkətlər türk istehsalçılarla əlaqə qurmaq üçün bizə müraciət edirlər. Bu tendensiya qarşıdakı dövrlərdə də davam edəcək. Koronavirusun mənfi təsirləri nətəcəsində 2020-ci ildə bir çox ölkələrlə aparılan satışlar azalıb. Buna baxmayaraq, ötən dövrdə Türkiyənin ABŞ-a ixracatında artım müşahidə olunub.

Amerikalılar Çinlə ticarətlərini minimuma endirirlər. Çindən qaynaqlanan əhəmiyyətli boşluğu Türkiyə doldurdu".

Uğur Dərzioğlu deyib ki, ABŞ dünyada istehlakın ən çox olduğu ölkədir, hər növ mala ehtiyacları var: “Türk məhsullarına güvənirlər. Türk məhsullarının ABŞ-da prestiji çox yüksəkdir. Hazır geyim və ev tekstilində Türkiyənin şansı böyükdür. Zeytun yağı və təbii məhsullar başda olmaqla qida məhsullarına da ciddi tələbat var”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər