“Hazırda Türkiyə ilə Azərbaycan arasında ticarətin həcmi 4,5 milyard dollardır. Dövlət başçılarının 15 milyard dollarlıq hədəfi var. Hədəfin üçdə birinə yaxınlaşırıq. Gələcəkdə Qarabağdakı investisiya potensialı ilə birlikdə hədəfə çatacağımızı, hətta onu keçəcəyimizi düşünürəm”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının rəhbəri Səlcuq Akat deyib.
O, Azərbaycanda əməkdaşlıq edən təşkilatlarla əlaqələri davam etdirdiklərini bildirib: “10 milyona yaxın əhalisi olan Azərbaycanın təxminən 50 milyard dollarlıq iqtisadiyyata sahibdir. Ölkənin bir neçə milyard dollarlıq xarici borcu var. Buna hətta siyasi xarakterli xarici borc da deyə bilərik. Çünki pul borc götürməyə çox da ehtiyacı olmayan bir ölkədir. Neft Fondundakı aktivləri ilə Azərbaycanın güclü və dayanıqlı bir iqtisadiyyatı var. Neft qiymətləri ölkənin lehinə irəliləyir. Azərbaycan nefti keyfiyyətinə görə normal qiymətdən baha satılır”.
Səlcuq Akata görə, Azərbaycanda demək olar ki, bütün infrastruktur investisiyalar başa çatıb: “1991-ci ildən sonra infrastruktur yenilədi. Açığı, Türkiyə baxımından Azərbaycanda yeni və böyük bir layihə yoxdur. Ancaq Qarabağın qələbəsi ilə yeni bir dövr başladı. Qarabağ Azərbaycan ərazisinin 20 faizini təşkil edir. 30 ildir orada heç bir şey edilməyib.
Qarabağın Azərbaycanın digər torpaqlarının inkişaf səviyyəsinə çatması üçün böyük investisiyalar planlaşdırılır. Bu mənada Azərbaycanın böyümə mühərriki bu gündən sonra Qarabağ olacaq. Türk inşaat şirkətləri hər yerdə iş aparırlar. Qarabağda işləmək bizim borcumuzdur. Qarabağın inkişafı üçün türk şirkətlərinin fəaliyyətlərini bir iş deyil, vəzifə olaraq görməliyik”.
Selçuk Akat Azərbaycanın neftdən başqa sahələrin böyüməsi üçün çox səy göstərdiyini də fikirlərinə əlavə edib: “Bakı-Tiflis-Ceyhan Neft Boru Kəməri layihəsinin həyata keçirilməsinin 2 əhəmiyyətli nöqtəsi var. Azərbaycan neftinin Aralıq dənizinə çatdırılıb beynəlxalq bazarlara təslim edilməsi qismi layihənin vacib edir. Ən əhəmiyyətlisi isə, bütün dünyanın Türkiyə və Azərbaycanın belə böyük bir layihədə əməkdaşlıq etməsini qəbul etməsidir”.
Akat Xəzər dənizində olan neft və təbii qaz ehtiyatlarına da toxunub: “Xəzər dənizindəki ehtiyatların TANAP-a bağlanması növbəti dövrün ən vacib mövzusu olacaq. Azərbaycan və Türkmənistan Xəzərdəki sərhədlər və təbii qaz ehtiyatları məsələsində razılığa gəldilər. Xəzərdəki qazın TANAP-la dünyaya nəqli qarşıdakı dövrdə ən böyük yeni layihə olacaq”.
Selçuk Akat həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Naxçıvandan Azərbaycana keçid dəhlizi ilə qarşıdakı dövrdə nəqliyyat qiymətlərində enmə olacağının anonsunu da verib.