Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,58 ABŞ dolları, yaxud 0,95 % artıb.
Teleqraf.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 61,69 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
***
09:59
Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir.
Teleqraf.com xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 61,07 dollara, yüngül neft 58,28 dollara, “Azəri Layt” markalı neftin bir barelinin qiyməti isə 61,11 dollara təklif olunur.