“Kriptovalyutalar və virtual anlayışlardan sui-istifadə getdikcə artan problemdir. Məsuliyyətli yeniliyə ehtiyac var”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Maliyyə naziri Cannet Yellen deyib.
Nazir saxtakarlıq, çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi və məlumatların məxfiliyi ilə bağlı risklərə diqqət çəkib:
“Koronavirus epidemiyası həyatın böyük bir hissəsini onlayn müstəviyə daşıyıb, cinayətlər də onunla paralel hərəkət edir. Cəmiyyəti yaşadan qurumları hədəf alan və getdikcə daha da mürəkkəb kiberhücumların şahidi oluruq".