24 Oktyabr 2014 22:40
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Rusiya Federasiyasının Novorossiysk şəhərinin yaxınlığında Kuban Neft Emalı Zavodunun (NEZ) tikintisi layihəsində iştirak etmək haqqında danışıqlar aparır. Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev TASS agentliyinə bildirib.

"Rosneft"in rəhbəri İqor Seçinin bu yaxınlarda Bakıya səfəri zamanı ARDNŞ ilə danışıqlar apardığını xatırladan N.Əliyev danışıqların nəticəsi barədə məlumatsız olduğunu vurğulayıb.

TASS-ın məlumatına görə, Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçirilən sammitində Azərbaycanın Kuban NEZ-in tikintisində investisiya iştirakı müzakirə olunub. Məqsəd Azərbaycan neftinin NEZ-ə vurulması və sonra neft məhsullarının Rusiya treyderləri vasitəsilə satışıdır.


Müəllif:

Oxşar xəbərlər