Azərbaycan Prezidenti İlham Əliyev regionda davamlı sülhün və əməkdaşlığın təmin edilməsi üçün yeni təşəbbüs - “3+3” formatını irəli sürüb. Bu təşəbbüsün reallaşmasında ən mühüm rol yeni tikiləcək Naxçıvan dəhlizinə aiddir.
Teleqraf.com-un məlumatına görə, bunu Baş nazir Əli Əsədov Ankarada Türkiyə-Azərbaycan İş Forumunda deyib.
Baş nazir bildirib ki, bu dəhliz Türkiyə ilə Azərbaycan arasında ikitərəfli ticarət əlaqələrinin daha sürətli inkişafına imkan yaradacaq, həmçinin turizim sahəsində əlaqələrin inkişafına ciddi təkan verəcək.