25 Oktyabr 2014 19:09
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan MR-də istifadəyə verilən POS-terminalların sayı 1 ayda 15 faiz artıb

Teleqraf.com xəbər verir ki, pul əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsi ilə aparılması üçün Naxçıvan Muxtar Respublikasında cari ilin 9 ayı ərzində 569 POS-terminal istifadəyə verilib.

Məlumat 2014-cü ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair hesabatda əksini tapıb.

Bu göstərici 1 oktyabr 2014-cü il tarixə 817-yə çatıb. Sentyabrın 1-i tarixinə quraşdırılan POS-terminalların sayı isə 692 ədəd təşkil edib. Sentyabr ayında 125 POS-terminal quraşdırılıb.

Qeyd edək ki, POS-terminallardan geniş istifadə vəsaitlərin dövriyyəsinin sürətləndirilməsinə, nağd pulların daşınması, saxlanması və təsərrüfat əməliyyatları xərclərinin azaldılmasına müsbət təsir göstərib.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər