20 Fevral 2021 20:00
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın elektron ticarət nəhəngi “Amazon”un qurucusu Ceff Bezos icraçı direktor vəzifəsini tərk etsə də, gündəmdən düşmür.

Teleqraf.com xəbər verir ki, Bezosun dəqiqədə 152 min 207 dollar qazandığı ortaya çıxıb.

“Business Insider”ə görə, Bezos dəqiqədə 152 min 207 dollar və saniyədə 2 min 537 dollar qazanır.

Qeyd edək ki, məşhur iqtisadiyyat jurnalı “Forbes” fond bazarları açıldıqdan sonra hər beş dəqiqədən bir milyarderlərin hərəkətini izləyir. Siyahıya görə, Bezosun ən varlı titulu aldığı dövrdə xalis dəyəri 0,59 faizlik dəyişiklik və ya 1,1 milyard dollarlıq artımla 193,5 milyard dollar olub.

“Amazon” bu ayın əvvəlində Bezosun icraçı direktor vəzifəsindən istefa verəcəyini, “Bezos Andy Jassy”nin CEO-su olacağını elan etmişdi.


Müəllif: Yeganə Oqtayqızı