22 Fevral 2021 16:19
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İlin əvvəli ilə müqayisədə daşınmaz əmlak bazarında müəyyən aktivlik var. Amma ötən ilin analoji dövrü ilə müqayisədə aktivlik xeyli aşağıdır. Ümumi alqı-satqıların sayı, eləcə də tələb-təklif arasında tarazlıq səviyyəsinə uyğun qiymətləndirsək, ötən illə müqayisədə əhəmiyyətli dərəcədə azalma var. Amma yanvar ayı ilə müqayisədə mənzil alqı-stqısında, xüsusən yeni tikili seqmentində müəyyən hərəkətlilik müşahidə olunur”.

Bunu Teleqraf.com-a NBA Konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimli deyib.

Mütəxəssisin fikrincə, kirayə bazarında da müəyyən aktivlik var: “Bu aktivlik o qədər də böyük deyil, amma yanvar ayı ilə müqayisədə 7-8 faiz civarında artım var. Hazırda daşınmaz əmlak bazarında qiymətlərin necə dəyişdiyini bazarda aparılan təhlillərdən sonra demək mümkün olacaq”.

Nüsrət İbrahimlinin sözlərinə görə, il ərzində daşınmaz əmlak bazarında orta qiymətin artımı qaçılmaz olacaq:

“Çünki təklif tələbə nisbətən ötən il müddətində azalma ilə yadda qalıb. Təbii ki, təklifin azalması son nəticədə qiymətlərdə artıma doğru təsir edir. Artım bu il də qacılmaz olacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər