23 Fevral 13:02

ABŞ-ın “Tesla” və “SpaceX” şirkətlərinin təsisçisi İlon Mask bir gündə 15,2 milyard dollar itirərək dünyanın ən zənginləri siyahısındakı birinci yerini itirib.

Teleqraf.com xəbər verir ki, bazar ertəsi günü “Tesla” səhmləri kəskin dəyər itirib.

Səhmlərin düşməsi nəticədə İlon Mask “Bloomberg” Milyarderlər İndeksində dünyanın ən zənginləri siyahısındakı birinci yerini “Amazon”nun qurucusu Ceff Bezosa verib.

Sentyabr ayından bəri ən böyük eniş yaşayan “Tesla” əvvəllər balansına 1,5 milyard dollar dəyərində kriptovalyuta olan bitkoin əlavə etmişdi. Analitiklərin qiymətləndirmələrinə görə, səhmlərin düşməsi Maskın bitkoin və ethereumun həftə sonu dəyərlərindən üstün olduğunu söyləməsi ilə əlaqədardır.


Müəllif: Yeganə Oqtayqızı