25 Fevral 2021 14:46
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev abonentlərə müraciət edib.

Teleqraf.com xəbər verir ki, o, dünən axşam saatlarında Bakı şəhəri və ətraf ərazilərin bir qismində qaz təchizatında müəyyən çətinliklər yarandığını deyib.

Baş direktor hazırda qazın verilişində məhdudiyyətin olmadığın bildirib:

“Sadəcə təzyiqin tənzimlənməsinə ehtiyac var idi. Artıq bu proses nizamlanıb. Bu gün Gəncə şəhərində səhər saatlarında narahatlıq yaşanırdı. Bu məsələ bir qədər öncə həllini tapıb. Bundan sonra da istənilən abonent yarana biləcək çətinliklərlə bağlı Birliyin Çağrı mərkəzinə zəng edə və şəxsən mənə yaza bilər. Biz Sizin yanınızdayıq!”


Müəllif: Yeganə Oqtayqızı