“Heç bir ölkə təkbaşına bu böhrana qarşı zəfər elan edə bilməyəcək. Əməkdaşlıq vacibdir. İlk vəzifəmiz virusu dayandırmaq olmalıdır. Dünyadakı epidemiyaya nəzarət iqtisadi bərpa üçün çox vacibdir”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Maliyyə naziri Cannet Yellen fevralın 26-da G20-dəki maliyyə nazirləri və mərkəzi bankların rəhbərlərinin videokonfrans formatında keçiriləcək iclasdan əvvəl həmkarlarına yazdığı məktubda qeyd edib.
Nazir G20 ölkələrini peyvənd təşəbbüslərinə dəstəyi artırmağa çağırıb: "Sürətli və həqiqətən qlobal peyvənd proqramı dünya iqtisadiyyatına verə biləcəyimiz ən güclü təşviqdir. Vətəndaşlara iqtisadi dəstəyin verilməsi və iqtisadiyyatların daha güclü və əhatəli olması üçün yenidən qurulmasına ehtiyac var. G20 ölkələrini əhəmiyyətli maliyyə və maliyyə siyasəti tədbirlərini davam etdirməyə və dəstəyi geri çəkməməyə çağırıram".
Yellen xüsusilə az gəlirli ölkələrin epidemiyadan ağır zərbə aldığını deyib: “Bu ölkələr sağlamlıq və iqtisadi böhrana cavab vermək üçün məhdud siyasət variantları ilə qarşılaşıblar. Beynəlxalq tədbirlər olmadığı təqdirdə daha az gəlirli ölkələri dəstəkləmək qlobal iqtisadiyyatda təhlükəli və qalıcı bir təhrif riski olacaq.
Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı kimi qurumlar qlobal sağlamlığa müdaxilənin maliyyələşdirilməsində, yaşıl bərpa və borc problemlərinin aradan qaldırılmasında dəstək rolunu oynamağa davam etməlidirlər”.