Dünyanın aparıcı kriptovalyutası bitkoin yeni ildən sürətlə bahalaşsa da, son sutkada 50 min dolları keçə bilməyib.
Teleqraf.com xəbər verir ki, bitkoin son sutkada 0.49 faiz artaraq 49 min 188,25 dollar olub.
Kriptovalyuta vahidinin həftəlik itkisi 2.19 faiz olaraq hesablanır. Bitkoinin ümumi bazar həcmi də təxminən 2,0 milyard dollar azalaraq 917 milyard dollara düşüb.
Qeyd edək ki, bu ilin yanvar ayında bitkoinin ümumi bazar həcmi 1,0 trilyon dollar, fevralda isə 1,5 trilyon dollar səviyyəsini keçmişdi.