3 Mart 2021 13:02
402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) və “Şahdəniz” yataqları üzrə gəlirləri açıqlayıb.

Fonddan Teleqraf.com-a verilən məlumata görə, 2021-ci ilin yanvar-fevral aylarında AÇG yatağından 574,543 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.

"Şahdəniz” yatağı üzrə kondensatın satışından bu ilin yanvar-fevral aylarında əldə olunan gəlir 3,538 milyon ABŞ dolları təşkil edib.


Müəllif: Yeganə Oqtayqızı