3 Mart 2021 16:04
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlkin məlumata görə, Dövlət Gömrük Komitəsi cari ilin yanvar-fevral ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 115,09 % əməl edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Komitənin sədri Səfər Mehdiyev Tvitter hesabında yazıb.

O qeyd edib ki, nəzərdə tutulan proqnozdan əlavə 77,74 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.


Müəllif: Yeganə Oqtayqızı