6 Mart 2021 10:55
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,56 ABŞ dolları və ya 2,3% artaraq 69,26 dollar təşkil edib.

Xatırladaq ki, ötən həftə ərzində (22-26 fevral) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 65,88 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 1,73 dollar və ya 2,7% çoxdur. Həftə ərzində ən yüksək göstərici (cümə axşamı günü) – 66,98 dollar təşkil edib, ən minimal göstərici (bazar ertəsi günü) isə 64,57 dollar səviyyəsində olub.

***

10:18

Dünya birjalarında neft qiymətləri bahalaşır.

Teleqraf.com xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,62 dollar artaraq 69,36 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 2,26 dollar bahalaşaraq 66,09 dollar olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər