6 Mart 2021 12:19
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən Bakı və Abşeron ərazisində üç fərqli nöqtədə “Kənddən Şəhərə” həftəsonu yarmarkaları fəaliyyətə başlayıb.

Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yarmarkalar “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən təşkil olunub.

Yarmarkalarda birbaşa fermerlər tərəfindən təbii kənd və qida məhsullarının münasib qiymətlərlə satışı həyata keçirilir.

Yarmarkalarda satışa çıxarılan bəzi məhsulların qiymətlərini təqdim edirik:

Kartof 0.45 AZN, soğan 0.55 AZN, alma 0.40 AZN, pomidor 1.20 AZN, mandarin 1.70 AZN, portağal 1.50 AZN, badımcan 1.30 AZN, kələm 0.30 AZN, çuğundur 0.60 AZN, kök 0.60 AZN, yumurta 0.25 AZN, xurma 0.50 AZN, nar 1.50 AZN, göyərti 0.10 AZN, heyva 0.70 AZN.

Qeyd edək ki, “Kənddən şəhərə” həftəsonu yarmarkası aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər