16 Mart 2021 00:39
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci ilin yanvarında Azərbaycanda hüquqi və fiziki şəxslər 122 ölkə ilə ticarət əməliyyatları keçirib.

Teleqraf.com bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, Azərbaycandan 61 ölkəyə məhsul ixrac edilib, 117 ölkədən isə məhsul idxal olunub.

Yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 2,24 milyard dollar, o cümlədən 1,4 milyard dollar ixrac və 787,5 milyon dollar idxal təşkil edib. Ticarət balansında müsbət saldo 667,4 milyon dollara bərabər olub.

2020-ci ilin yanvarı ilə müqayisədə xarici ticarət dövriyyəsi 5,7 faiz, idxal 12,3 faiz, ixrac isə 9,1 faiz azalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər