23 Mart 2021 20:39
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Microsoft Corp” mətn və səsli rabitə proqramı “Discord Inc”i satın almaq üçün danışıqlar aparır.

Teleqraf.com xəbər verir ki, “Microsoft”un “Discord”u 10 milyard dollardan çox qiymətə almaq istəyir.

2020-ci ilin dekabr ayında “Discord”un şirkət dəyərinin təxminən 7 milyard dollara çatdığı bilinir.

“Microsoft”un oyun sənayesi ilə kütləvi sosial media platformalarına sahib olmağı hədəflədiyi məlumdur. Şirkət 2016-cı ildə 26,2 milyard dollara “LinkedIn”i satın alaraq ən son sosial media müqaviləsini reallaşdırmışdı.

“Microsoft”un ötən ilin sentyabrında “TikTok”u almaq cəhdi uğursuz olub.

“Microsoft” bu yaxınlarda “Pinterest Inc” sosial media platformasını da almaq istədiyini bildirib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər