Alman turizm şirkəti “TUI” İngiltərədəki 48 filialını bağlamağa qərar verib.
Teleqraf.com xəbər verir ki, şirkət bağlanan filiallardan sonra İngiltərədə qalan cəmi 314 filialla fəaliyyət göstərəcək.
Müəssisə açıqlamasında səyahət sənayesinin yeni tip koronavirus ( COVID-19 ) epidemiyasında görünməmiş bir təzyiq altında olduğu qeyd edib.
Bağlanan filiallarda çalışan 237 nəfərdən bir neçəsi evdən və ya digər filiallardan işə davam edə biləcək.
Qeyd edək ki, “TUI” əvvəlki açıqlamasında 2021-ci ilin yay mövsümündə normal tutumun 80 faizi ətrafında bir fəaliyyət gözlədiklərini və 2,8 milyon turistin yaz tətili üçün erkən rezervasiya turları əldə etdiyini bildirmişdi.