“Bloomberg İntelligence” araşdırma şirkətinin analitiki Mayk Makqloun bitkoinin builki qiyməti ilə bağlı proqnozlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, kriptovalyutanın qiyməti 400 min ABŞ dollarına qədər bahalaşa bilər.
Mütəxəssis mövcud bazarın vəziyyətini bitkoinin rekord məbləğdə satıldığı 2013 və 2017-ci illərdəki iqtisadi vəziyyətlə müqayisə edib.
“Fikrimizcə, 2021-ci ildə bir sıçrayış, bitkoini risksiz aktivə çevirə bilər”.
Qeyd edək ki, hazırda ən geniş yayılmış kriptovalyuta 56 388 ABŞ dollarına satılır.