2 Aprel 2021 18:30
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb.

Fonddan Teleqraf.com-a verilən məlumata görə, 2021-ci ilin yanvar-mart ayları ərzində AÇG yatağından 953,498 milyon ABŞ dolları, “Şahdəniz” yatağından isə (qaz və kondensat da daxil) 29,166 milyon ABŞ dolları gəlir əldə edilib.

O cümlədən hesabat dövründə "Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlir 29,166 milyon ABŞ dolları təşkil edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər