5 Aprel 2021 21:07
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aksiz vergisinə cəlb edilən məhsulların sayı artırılıb.

Teleqraf.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlərin 1 kq-ı üçün 30 manat aksiz vergisi tətbiq olunacaq.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.


Müəllif: Teleqraf.com