7 Aprel 2021 11:52
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da nəşr olunan "Forbes" jurnalı 2021-ci ilədək dünyanın ən varlı adamlarının siyahısını yayıb.

Teleqraf.com xəbər verir ki, zirvədə 177 milyard dollarlıq sərvəti ilə “Amazon” korporasiyasının sahibi Ceff Bezos dayanır.

Pandemiya səbəbindən dünya iqtisadiyyatının ciddi böhran yaşadığı bir vaxtda Bezos sərvətini 113 milyard dollardan 177 milyard dollara yüksəldib.

“Forbes”ə görə, dünyada keçən il 2 min 95 olan dollar milyarderlərinin sayı 2021-ci ildə təxminən üçdə biri artaraq 2 min 755-ə çatıb.

ABŞ 724 nəfərlə ən çox dollar milyarderinə sahib olan ölkə kimi mövqeyini qoruyub. ABŞ-da milyarderlərin sərvəti son bir ildə 1,5 trilyon dollar artaraq 4,4 trilyon dollara çatıb.

Çin isə 626 milyarder və ümumi sərvəti 2,5 trilyon dollarlıq sərvətlə ikinci sırada yer alıb. Çinli milyarderlərin sərvəti ildə 1,3 trilyon dollar artıb.

Çində ən varlısı 68.9 milyard dollarlıq sərvəti ilə Zonq Şanşan (Zhong Shanshan) olub.


Müəllif: Yeganə Oqtayqızı