29 Oktyabr 2014 14:31
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu Binəqədi rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

Bu barədə Teleqraf.com-a İSN-nin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Sahibkarlığa Kömək Milli Fondu 2014-cü il oktyabrın 23-də Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. Fond tərəfindən Binəqədi rayonu üzrə sahibkarlıq subyektlərindən müvafiq istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Həmin istiqamətlərə ixtisaslaşdırılmış “yaşıl market”in, müasir ət kəsimi müəssisəsinin, plastik qapı-pəncərə istehsalı müəssisəsinin və tikiş sexinin, istixana təsərrüfatlarının yaradılması daxildir.

Sahibkarlar yuxarıda bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

Naibə


Müəllif:

Oxşar xəbərlər