9 Aprel 2021 16:27
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ötən 3 il ərzində 17 mindən artıq saxta əlillik, 90 minə yaxın saxta pensiya işi ləğv edilib. Əgər bu saxta işlər ləğv edilməsəydi, təkcə cari il üçün onun maliyyə yükü 560 milyon manatdan yuxarı olacaqdı”.

Teleqraf.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, başqa pensiyaçıların və əlilliyi olan şəxslərin haqqına girərək bu istiqamətdə çoxsaylı sui-istifadə halları var.

Nazirin sözlərinə görə, bu cür halların qarşısı alınır.


Müəllif: Yeganə Oqtayqızı