Beynəlxalq Valyuta Fondu (BVF) yeni növ koronavirus (COVID-19) epidemiyasının iqtisadiyyata mənfi təsiri nəticəsində Afrika Səhra dövlətlərində 32 milyon insanın həddən artıq yoxsullaşacığını proqnozlaşdırır.
Teleqraf.com xəbər verir ki, Səhra Afrikasının iqtisadi mənzərəsinə dair hazırlanan hesabatda peyvəndlənmənin səhiyyə xərclərini 50 faiz artıracağı deyilir.
Hesabata görə, Sahra Afrikası 2021-ci ildə dünyanın ən yavaş böyüyən bölgəsi olacaq. Keçən il 1,9 faiz nisbətində daralmadan sonra bu il qitədə 3,4 faiz böyümə gözlənilir.
Məlumata görə, adambaşına düşən milli gəlirlər bir çox ölkədə 2025-ci ilə qədər epidemiya səviyyəsinə qayıtmayacaq.
Qeyd edək ki, təxminən 4.4 milyon COVID-19 yoluxmanın olduğu qitədə virusdan ölənlərin sayı 117 mini keçib.