30 Oktyabr 2014 12:36
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyində nazir müavini Seyfəddin Talıbovun sədrliyi ilə “Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin yaradılması üzrə İşçi qrup”un və Respublikada fəaliyyət göstərən beynəlxalq təşkilatlar və maliyyə qurumlarının - Dünya Bankı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (İFAD) və Avropa İttifaqının təmsilçilərinin iştirakı ilə görüş keçirilib.

Teleqraf.com Kənd Təsərrüfatının saytına istinadla xəbər verir ki, tədbirdə nazir müavini Seyfəddin Talıbov görüş iştirakçılarına ölkə prezidentinin 16 aprel 2014-cü il tarixli Fərmanından irəli gələn tapşırıqları yerinə yetirmək məqsədi ilə həyata keçirilən tədbirlər, o cümlədən heyvanların identifikasiyası və qeydiyyatı sisteminin yaradılması tədbirləri haqqında məlumat verərək gələcək planlardan danışıb.

Daha sonra qeyd olunan məsələlər ətrafında geniş müzakirələr aparılıb. Beynəlxalq qurumların nümayəndələri bu sahədə mütərəqqi dünya təcrübəsi haqqında məlumat verərək nazirliyin təşəbbüslərini dəstəkləməyə hazır olduqlarını bildiriblər. Müzakirələrdə Nazirliyin və beynəlxalq təşkilatların qarşılıqlı əməkdaşlığının vacib olduğu vurğulanıb.

SEVİL


Müəllif: