2012-ci ilin noyabr ayından bəri kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi ən yüksək səviyyəyə çatıb.
Teleqraf.com "Bloomberg”ə istinadən xəbər verir ki, kənd təsərrüfatı məhsullarının bahalaşması qlobal ərzaq qiymətləri ilə bağlı narahatlıqları artırır.
Son dönəmdəki artıma soya lobyası liderlik edib. Argentinada intensiv yağışlar və ABŞ-da müşahidə olunan soyuq hava əkinə mənfi təsir göstərib. Təchizatın zəif olmasına baxmayaraq, Çinin çoxalan tələbi qiymətləri artırıb. Lobya demək olar ki, səkkiz ölkədə bir gün ərzində son 10 ilin ən yüksək səviyyəsinə çatıb.
Quraqlıq və soyuq hava şəraiti səbəbindən buğda və qarğıdalının qiymətləri də artmaqdadır. Buğdanın qiymətləri həm ABŞ, həm də Rusiyada mənfi iqlim şəraiti səbəbindən 2014-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib.
Braziliyada və ABŞ-da quraqlıq üzündən təxirə salınan əkinlər qarğıdalı qiymətlərini 2013-cü ildən bəri ən baha səviyyəyə qaldırıb.
Bildirilir ki, təchizatla əlaqədar çətinliklər davam edərsə, qlobal ərzaq inflyasiyası daha böyük riskə səbəb ola bilər.