28 Aprel 2021 20:26
389
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İndi gənc nəslin təliminə çox böyük diqqət yetiririk. Son illərdə bilikli insanların yeni nəsli yetişir".

Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 28-də Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə videokonfrans formatında görüşündə deyib.

Prezident İlham Əliyev azərbaycanlı gənclərin təcrübəçi kimi Dünya İqtisadi Forumunun təşəbbüs və proqramlarında iştirakına imkan yaradıldığına görə Borge Brendeyə təşəkkürünü bildirib.

İnvestisiyaların cəlb edilməsi üçün ölkəmizdə yaxşı mühitin olduğunu deyən Borge Brende azərbaycanlı gənclərin çox mükəmməl olduqlarını vurğuladı və onların Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi işinə töhfə verəcəklərinə əminliyini bildirib.


Müəllif: Teleqraf.com