30 Aprel 2021 18:26
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əsasən dövlət investisiyaları ilə dəstəklənən məcmu tələbin qısamüddətli dövrdə inflyasiyaya təzyiq yaradacağı gözlənilir".

Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Sədr bildirib ki, inflyasiya gözləntilərində dəyişikliklər baş versə də, yenilənmiş proqnozlar inflyasiyanın ilin sonunda hədəf daxilində qalacağını göstərir: "Ötən iclasdan bəri risk balansında inflyasiyanı hədəfdən kənarlaşdıra biləcək dəyişikliklər baş verməyib. İnflyasiya başlıca olaraq qeyri-monetar xarakterli birdəfəlik xərc və mövsümi faktorlardan təsirlənir. Əlverşli xarici mühit fonunda valyuta bazarında sabitlik və milli valyutanın məzənnəsinin sabitliyi davamlı xarakter almış və xərc amillərinin təsirlərini balanslaşdırır. Bərpa prosesində olan məcmu tələbin təklifi üstələməklə inflyasiya təzyiqi yaradacağı gözlənilir”.

Elman Rüstəmov əlavə edib ki, dünya ərzaq qiymətlərinin yüksəlməsi də inflyasiyaya artırıcı təsir göstərməkdədir: "2021-ci ilin mart ayında 12 aylıq inflyasiya 4,1%, birinci rübdə orta illik baza inflyasiya 2,2% təşkil edib. İnflyasiyanın dinamikası qeyri-monetar xarakterli faktorlardan təsirlənib.

Son bir neçə aydakı faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edib. Real sektor üzrə monitorinqə görə, martda inflyasiya gözləntiləri qeyri-neft sənayesi, ticarət və tikinti sektoru üzrə artmış, xidmət sektoru üzrə azalıb. Ev təsərrüfatları arasında martda keçirilmiş sorğulara görə, respondentlərin 25%-i inflyasiyanın yüksələcəyini göstərir.

Apreldə yenilənmiş proqnozlara görə, 2021-ci ilin sonuna illik inflyasiya hədəf diapozonunda formalaşacaqdır".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər