1 May 2021 20:15
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun 5 illik fəaliyyəti dövründə əlillərin sayında əhəmiyyətli artım baş verib”.

Teleqraf.com xəbər verir ki, bunu Rutgers (ABŞ) universitetinin professoru Qubad İbadoğlu deyib.

İqtisadçı deyir ki, əlillik dərəcəsi alanların hamısı dövlətin sosial müdafiə proqramından yararlanıb, onlara ya pensiya, ya da müavinət verilib: “Məsələ burasındadır ki, əlilliyi olmayanların əlillik dərəcəsi alıb, əlilliyi olanlar isə əlillik dərəcəsi almaqda çətinliklərlə qarşılaşıb, onlar həmin dövrdə bu hüquqdan istifadə edib, sosial müdafiə proqramlarından yararlana bilməyib. Hazırda bu səbəbdən bütün əlillər yenidən, həm də 3-4 pilləli yoxlanışlardan keçirilir və bu dövrdə onlara ödənişlər dayandırılır.

Yenidən yoxlama və əlillik dərəcəsi təyinatının verilməsi aylarla çəkir. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri bildirib ki, “2021-ci ilin I rübünün nəticələrinə əsasən, əlillik müddətinin uzadılmasına dair təkrar müraciətlərə baxıldığı zaman aşkar olunub ki, bu kateqoriyadan olan şəxslərin təqribən 30 faizinin əlilliyi əsassızdır. Ona görə də qarşıda duran əsas prinsip saxta və əsassız təyinatların aşkar edilərək ləğv olunmasıdır”.

Heç kəs cəzalanmadan saxta əlillik ləğv edilir, onlara ödənilən pullar geri qaytarılır, bəs gerçək əlillərə necə, əlillik dərəcəsi düzgün verilirmi? Əlilliyinin yoxlanılması dövründə pensiyası və müavinəti kəsilən gerçəkdən əlil olanlar bu müddətdə nəylə dolanmalıdır? Bu kimi suallar açıq qalır”.


Müəllif: Yeganə Oqtayqızı