2 May 2021 01:49
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyasının texnologiya nəhəngi “Apple”in işi üzrə istintaqı başa çatıb.

Teleqraf.com xəbər verir ki, “Apple” İsveç mərkəzli musiqi məlumat axını və podcast hosting xidməti “Spotify”ın şikayəti ilə əsaslı araşdırmaya daxil etmişdi.

“Spotify” 2019-cu ildə “Apple”in rəqabət qaydalarını pozduğunu əsas gətirərək Avropa Komissiyasına şikayət etmişdi. İstintaqın nəticəsində “Apple” əməliyyat sistemi “App Store”ın xüsusilə günahkar olduğu təsdiqlənib.

Avropa Komissiyasının qəbul etdiyi qərara görə, “Apple” Avropadakı qaydaları pozub. “Apple”ın cəzasına gəlincə, hələlik dəqiq bir rəqəm müəyyən edilməyib.

Məlum qərarla bağlı "Apple” açıqlama yayıb: “Spotify” dünyanın ən böyük musiqi abunə xidmətinə çevrilib və bunda oynadığımız roldan qürur duyuruq. “Spotify” yenidən “App Store”dan tam istifadə etmək istəyir, amma bunun üçün pul ödəməli olduqlarını düşünmürlər”.


Müəllif: Yeganə Oqtayqızı