4 May 2021 14:45
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə rəqəmsal valyutasını buraxmaq qərarına gəldikdən sonra ABŞ Federal Ehtiyat Sistemi (FED) də açıqlama verib.

Teleqraf.com xəbər verir ki, FES sədri Cerom Pauell rəqəmsal valyuta ilə bağlı siyasət məsələləri barədə işin hələ başlanğıc mərhələdə olduğunu deyib.

Pauell ABŞ-da bank olmayan ev təsərrüfatlarının ümumi sayının hazırda 5 faizinə uyğun olaraq 7,0 milyona çatdığına diqqət çəkib:

“Rəqəmsal valyutaların daha geniş maliyyə bazasının böyüməsinə dəstək göstərilməsinə baxmayaraq, mövcud bank sistemi də bu ailələrə kifayət qədər dəstək verə bilər. Bir mərkəzi bankın rəqəmsal valyuta ilə bank sisteminin necə əlaqədirəcəyini əvvəlcədən müəyyənləşdirməsi lazımdır.

Həmçinin rəqəmsal valyuta dövriyyəyə buraxılmadan öncə onun maliyyə sabitliyinə potensial təsiri ilə bağlı suallara cavab tapmağa da ehtiyac var”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər