Finlandiya "yaşıl" enerjiyə keçmək planları ilə əlaqədar Rusiyanın "Urals" markalı neftinin alış həcmini tədricən azaldır.
Teleqraf.com xəbər verir ki, 2021-ci ilin yanvarından martınadək olan dövrdə Rusiyanın "Urals" neftinin Finlandiyaya idxalatı dörddəbir azalaraq 2,1 milyon tona, aprel ayında isə 0,4 milyon tona düşüb. Ötən ilin aprel ayında eyni göstərici 1,1 milyon təşkil edib.
Bildirilir ki, Finlandiya Rusiya neftinin alışını 2020-ci ildən azaltmağa başlayıb.