19 May 2021 10:10
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslandiyanın paytaxtı Reykyavik yaxınlığında yerləşən Fagradalsfjall vulkanı satışa çıxarılıb.

Teleqraf.com xəbər verir ki, 800 ildən sonra yenidən püskürən vulkana son aylar turist axını artıb.

Bölgə piknikçilər, turistlər, yürüşçülər, hətta voleybolçular üçün populyar məkana çevrilib. Vulkanı izləməyə gedən insanların lavada kolbasa bişirdiyi və ətrafında voleybol oynadığı görüntüləri diqqəti yanar dağın üzərinə çəkib.

Turistlərin axın etdiyi vulkan bu dəfə satışı ilə gündəmdədir.

Məlumata görə, bölgə 20 nəfərlik torpaq mülkiyyətçiləri birliyinə məxsus xüsusi ərazidə yerləşir. Torpaq mülkiyyətçiləri dərnəyinin rəhbəri bir neçə təklif aldıqlarını və uyğun qiymətə satmağa hazır olduqlarını bildirib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər