22 May 2021 19:16
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Avropa futbolunda yeni növ koronavirus (COVID-19) epidemiyası səbəbindən iqtisadi itkinin 9 milyard avroya yaxınlaşdığını açıqlayıb.

Teleqraf.com UEFA-nın saytında yayımlanan hesabata istinadla xəbər verir ki, Avropa klubları 2019-2020-ci və 2020-2021-ci illərdə böyük maliyyə itkisiilə üzləşiblər.

Hesabatda epidemiya səbəbiylə birinci liqalarda 7,2 milyard avro, aşağı liqalarda isə 1,5 milyard avro zərər proqnozlaşdırılıb.

Avropada transfer xərclərinin 2020-ci ilin yayında əvvəlki ilə nisbətən 39 faiz, 2021-ci ilin ara transfer dövründə isə 56 faiz azaldığı ifadə edilib.

UEFA prezidenti Aleksander Ceferin müasir dövrdə futbolun ən böyük problemini yaşadığını bildirib.


Müəllif: Yeganə Oqtayqızı