26 May 2021 21:27
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda sentyabrın 22-nə qədər ölkə daxilində rəqəmsal valyuta istehsalı qadağan edilib.

Teleqraf.com xəbər verir ki, bunu ölkə prezidenti Həsən Ruhani Tehranda keçirilən Nazirlər Kabinetinin iclasında deyib.

Ruhani çıxışında ölkə daxilində enerjiyə qənaət etmək üçün başladılan elektrik kəsintilərinə diqqət çəkib: “Enerji nazirimizin elektrik kəsintilərinə görə xalqdan üzr istəməsi məni məmnun etdi. Elektrik kəsintiləri quraqlıq səbəbindən də yaşanır”.

Prezident ölkədə rəqəmsal pul istehsalı üçün 300 meqabaytın təyin olunduğunu vurğulayıb: “İcazəsiz rəqəmsal pul istehsalında bu nisbət 2 min meqabayta yüksələ bilir. Bu gündən etibarən bütün qadağan edilmiş və qadağan olunmayan rəqəmsal pul istehsalını dayandırırıq”.

Qeyd edək ki, İranda rəqəmsal pul istehsalının həddindən artıq enerji istehlakı səbəbindən enerjiyə qənaət etmək üçün elektrik kəsintiləri tətbiq olunurdu.


Müəllif: Yeganə Oqtayqızı