27 May 2021 18:45
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın vaxtlarda “Azərxalça” ASC-nin Şabran filialında ipək xalçaların və portretlərin toxunulmasına başlanacaq.

Bunu Teleqraf.com-a “Azərxalça” ASC-nin Şabran filialının direktoru Kəbirə Vəliyeva deyib.

O bildirib ki, hazırda emalatxanada ancaq yun xalçalar toxunur: “Artıq ipək xalçaların istehsalı üçün ip sifarişi verilib. Sədrimiz dedi ki, ipək xalçalarla yanaşı, ipək portretlər də toxunulacaq. Ümumiyyətlə, xalçaçılıq incə sənətdir, amma ipək xalçalar daha zərifdir.

Yun xalçalardan fərqli olaraq, ipək xalçalar daha gec başa gəlir, çünki iplər nazikdir. Yəqin bu xalçaların maliyyəti yun xalçalardan baha olacaq. Hələlik ipək xalça toxunmadığı üçün dəqiq qiymət demək mümkün deyil”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər